İspaniya millisinin kapitanı Alvaro Morata azarkeşlər tərəfindən tənqid olunmasından danışıb və yığma karyerasını başa vuracağına eyham edib.
Fanat.Az xəbər verir ki, "El Desmarque" onun sözlərini belə çatdırıb:
"Nələrəsə qurban getdiyim və şikayətləndiyim barədə söz-söhbətlərdən bezmişəm. Əlbəttə, millidə bəzən çətinliklərlə üzləşirəm. Sadəcə, lazımsız tənqidlərin bitməsini istəyirəm. Hazırda yığma forması ilə son turnirim ola biləcək Avropa çempionatından həzz almağa çalışıram. Təbii ki, hər şey işlərin necə getməsindən asılı olacaq. Milli ilə vidalaşmaq barədə qərar qəbul etmək asan deyil, amma mümkündür".
Xatırladaq ki, İspaniya Almaniyada təşkil edilən AÇ-2024-ün yarımfinalına vəsiqə qazanıb. "Buğalar" final uğrunda matçda Fransa seçməsi ilə üz-üzə gələcəklər.
Nihat