İspaniya millisinin sol cinah müdafiəçisi Mark Kukurelya Almaniyada təşkil edilən Avropa çempionatının 1/2 final mərhələsində Fransa seçməsinə qarşı keçirəcəkləri oyun ərəfəsində fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, UEFA-nın mətbuat xidməti onun sözlərini belə çatdırıb:
"Biz çox diqqətli olmalı, fransalı oyunçuları nəzarətdə saxlamalıyıq. Topu itirərkən onu dərhal geri almağa çalışırıq. Məhz bunu bacarsaq, meydanda hadisələri inkişaf etdirmək üçün çox variantımız olacaq. Gənc və təcrübəli oyunçuların vəhdətindən təşkil edilən yaxşı komanda formalaşdırmışıq. Belə turnirlərdə hamımız ailə olmalıyıq.
İnsanlar bizim oyunlara baxır, həzz alırlar. Onlara minnətdarıq. Avropa çempionu olsaq, insanlar bizi həmişə xatırlayacaqlar. AÇ-2024-ün qalibi adını qazanmaq əsas hədəfimizdir. Hələ turnirin sonuna bir həftə qalıb və ən yaxşısı irəlilədir".
Qeyd edək ki, İspaniya - Fransa qarşılaşması iyulun 9-da reallaşacaq. Oyun Bakı vaxtı ilə 23:00-da başlayacaq.
Nihat