Belçika millisinin sabiq hücumçusu Kevin Miralyas Fransa seçməsinin Almaniyada təşkil edilən Avropa çempionatında sərgilədiyi oyunu tənqid edib.
Fanat.Az xəbər verir ki, "RMC Sport" onun sözlərini belə çatdırıb:
"Fransa yığmasının oyunu məni qıcıqlandırır. Yollarına davam edəndə belə, meydanda heç nə göstərmirlər. Müdafiədə çox güclüdürlər, amma hücum planında ortaya nəsə qoymurlar. Bu komanda yarımfinaldadır, lakin məhsuldar deyil. Yarımfinalda Fransanı yox, Türkiyə və ya İsveçrəni görmək istəyərdim".
Xatırladaq ki, Fransa yarımfinalda İspaniya ilə üz-üzə gələcək. İyulun 9-da reallaşacaq görüşün start fiti Bakı vaxtı ilə 23:00-da səsləndiriləcək.
Nihat