Almaniyada təşkil olunan Avropa çempionatında bu gün yarımfinal oyunları start götürüb.
Fanat.Az xəbər verir ki, mərhələnin ilk matçı Münhendəki "Alyans Arena"da keçirilib.
İlk finalçı İspaniya və Fransa yığmaları arasında gerçəkləşən matçdan sonra bilinib. Saat 23:00-da başlayan görüşü sloveniyalı Slavko Vinçiç idarə edib. Oyunda bütün qollar ilk yarıda vurulub. "Xoruzlar" erkən qolla hesabı açsalar da, "buğalar" geridönüş edərək adlarını finala yazdırıblar.
Qeyd edək ki, sabah keçiriləcək digər yarımfinal qarşılaşmasında Niderland və İngiltərə yığmaları münasibətlərinə aydınlıq gətirəcəklər.
AÇ-2024
Yarımfinal
9 iyul
İspaniya - Fransa 2:1
Qollar: Yamal, 21. Kunde, 25-öz qapısına - Kolo Muani, 9
Baş hakim: Slavko Vinçiç (Sloveniya).
Münhen, "Alyans Arena".