UEFA 1/4 final mərhələsindən sonra Avropa çempionatının ən sürətli futbolçularının reytinqini açıqlayıb.
Fanat.Az xəbər verir ki, hazırda Fransa millisinin lideri Kilian Mbappe ilk sıradadır.
Onun maksimal sürət 36,5 km/saatdır.
İkinci yeri İspaniya millisinin hücumçusu Ferran Torres (36 km/saat) tutur, ilk "üçlüy"ü isə Sloveniya millisinin hücumçusu Benjamin Şeşko (35,9 km/saat) qapayır.
Əslində, Avropa çempionatı Mbappe üçün o qədər də yaxşı getmir. Turnirin əvvəlində burnu qırılan Fransa yığmasının forvardı yeganə qolunu Polşa millisinin qapısına penaltidən vurub.
Fransa yarımfinalda İspaniya ilə qarşılaşacaq. Oyun bu gün, iyulun 9-da Münhendə keçiriləcək.