İspaniya millisinin yarımmüdafiəçisi Rodri Almaniyada təşkil edilən Avropa çempionatının yarımfinalında bu gün Fransa yığmasına qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, onun dediklərini UEFA-nın mətbuat xidməti belə çatdırıb:
"Fransa dünyanın iki ən yaxşı yığma komandasından biridir. Onlar öz səviyyələrini son illərdə sübut ediblər. Rəqib fiziki cəhətdən çox güclüdür. Hən topla yaxşı rəftar edirlər, həm də əks-hücumlarda təhlükəlidirlər... Rəqibin heyətində istedadlı oyunçuların sayı çoxdur".
Qeyd edək ki, İspaniya - Fransa qarşılaşması Bakı vaxtı ilə 23:00-da başlayacaq.
Nihat