İspaniya millisinin baş məşqçisi Didye Deşam Almaniyada təşkil edilən Avropa çempionatının yarımfinalında bu gün üz-üzə gələcəkləri İspaniya yığması ilə oyun barədə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, UEFA-nın rəsmi saytı onun dediklərini belə çatdırıb:
"İspaniyanın bütün dövrlərdəki heyətlərində yaxşı yarımmüdafiəsi olub. Onlar oyunu idarə etməyə qadirdirlər. İspaniyanın yarımmüdafiəsi güclüdür, Rodri isə çox önəmli rol oynayır. Bu hazırda Avropa çempionatında çox yaxşı futbol sərgiləyən komandadır. Onlar hər oyunda əla təsir bağışlayıblar".
Qeyd edək ki, İspaniya - Fransa qarşılaşmasının start fiti Bakı vaxtı ilə 23:00-da səsləndiriləcək.
Nihat