Fransa millisinin baş məşqçisi Didye Deşam Avropa çempionatının yarımfinalında İspaniyaya 1:2 hesabı ilə uduzduqları oyunu şərh edib.
Fanat.Az xəbər verir ki, TF1-ə danışan təcrübəli mütəxəssis məğlubiyyətin səbəblərini açıqlayıb:
“İspaniya bu axşam sübut etdi ki, çox yaxşı komandası var. Hesabı açmaq bizə qismət oldu, amma topa nəzarətdə onlar üstün olduqları üçün problem yaşadıq. Gecikirdik, bu da texniki itkilərə səbəb olurdu, xüsusən də oyunu qurarkən. Biz kifayət qədər irəli getmədik.
Oyun tərzi? Bu ehtiyatlı və ya müdafiəmeylli komanda deyil. Bu, çox yaxşı müdafiə olunan komandadır. Razıyam, hücumda təsirlii deyildik".
İspaniya AÇ-2024-ün finalında Niderland - İngiltərə cütünün qalibi ilə oynayacaq.
Mirağa