İngiltərə millisinin qapıçısı Cordan Pikford futbol üzrə Avropa çempionatının yarımfinalında bu gün Niderland seçməsinə qarşı keçirəcəkləri oyun ərəfəsində fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, UEFA-nın mətbuat xidməti onun sözlərini belə çatdırıb:
"Biz həmişə qələbəyə köklənirik. Mübarizəyə davam edir və zəfərə aparan yolları axtarırırq. Bu isə özlüyündə incəsənətdir".
Qeyd edək ki, Niderland - İngiltərə matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq. Cütün qalibi finalda İspaniya seçməsi ilə üz-üzə gələcək.
Nihat