İngiltərə millisi Almaniyada təşkil edilən Avropa çempionatının qalibi olsa, komandanın baş məşqçisi Qaret Sautqeyt Britaniya Krallığı tərəfindən mükafatlandırıla bilər.
Fanat.Az xəbər verir ki, məlumatı "The Sun" yayıb.
Mənbə Sauqeytin cəngavər tituluna layiq görülməsinin planlaşdırıldığını vurğulayıb.
Qeyd edək ki, qitə birinciliyinin yarımfinalına vəsiqə qazanan İngiltərə seçməsi bu gün Niderlandla üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə 23:00-da başlayacaq. Cütün qalibi finalda İspaniya ilə qarşılaşacaq.
Nihat