Futbol üzrə İspaniya millisi Almaniya yığmasının rekordunu təkrarlayıb.
Fanat.Az xəbər verir ki, "buğalar" buna Avropa çempionatının yarımfinalında Fransanı məğlub etməklə (2:1) nail olublar.
Qitə birinciliyinin finalına yüksələn İspaniya turnirin yarımfinalında ən çox qələbə qazanan iki kollektivdən biri ünvanına sahib çıxıb. Pirineylilər də Almaniya seçməsi kimi yarımfinallarda 5 zəfər sevinci yaşayıblar.
"Budestim" çıxdığı 8 yarımfinalın 3-də uduzubsa, İspaniya seçməsi bu mərhələdə cəmi 1 məğlubiyyət acısı dadıb.