Almaniyada keçirilən Avropa çempionatında Niderland və İngiltərə yığmaları arasında yarımfinal oyununun (1:2) ən yaxşı futbolçusu bəlli olub.
Fanat.Az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, ingilislərin hücumçusu Olli Uotkins görüşün ən yaxşı oyunçusu adına layiq görülüb.
Əvəzetmədən oyuna qoşulan 28 yaşlı futbolçu 90+1-ci dəqiqədə komandasının qələbə qolunu vurub.