"Borussiya Dortmund" ötən mövsüm "Ştutqart"da möhtəşəm çıxışı ilə komandasının Bundesliqanı 2-ci yerdə bitirməsində mühüm rol oynayan Seru Qirassini heyətinə qatmaq üçün səylərini davam etdirir.
Fanat.Az xəbər verir ki, "sarı-qaralar" "Ştutqart" və qvineyalı hücumçu ilə anlaşıb.
Qirassi artıq "arılar"ın düşərgəsinə gələrək tibbi müayinədən keçib. Ancaq bu zaman problem üzə çıxıb. Bu barədə Dortmund klubu açıqlama yayıb. Açıqlamada 28 yaşlı hücumçunun tibbi müayinəsi zamanı "əlavə müayinə tələb edən zədə" olduğu açıqlanıb.
Seru Qirassi 2023-24 mövsümündə zədə səbəbindən 4 matçı buraxıb.
Qvineyalı forvard ötən mövsüm “Ştutqart”ın heyətində bütün yarışlarda 30 matçda 30 dəfə fərqlənib.
Mirağa