İngiltərə millisinin 20 yaşlı ulduzu Cud Bellingem Avropa çempionatının yarımfinalında dünən Niderland seçməsinə qarşı keçirdikləri oyunun (2:1) 90+1-ci dəqiqəsində qələbə qolunu vuran Olli Uotkinsdən danışıb.
Fanat.Az xəbər verir ki, UEFA-nın mətbuat xidməti Bellingemin dediklərini belə çatdırıb:
"Olli meydana çıxdı, şansından istifadə etdi və qələbə qazandı. Biz ona çox minnətdarıq. Açığı, daha yarım saat oynamağa gücüm çatıb-çatmayacağını bilmirdim. Uotkinsə görə çox şadam. Onunla bütün komanda qürur duyur. Olli qəhrəmandır, o, bizi xilas etdi".
Qeyd edək ki, İngiltərə finalda İspaniya ilə üz-üzə gələcək. Görüş iyulun 14-də reallaşacaq. Həlledici qarşılaşmanın start fiti Bakı vaxtı ilə 23:00-da səsləndiriləcək.
Nihat