İspaniya millisinin futbolçusu Dani Vivian Avropa çempionatının finalında İngiltərəyə qarşı keçirəcəkləri oyundan danışıb.
Fanat.Az xəbər verir ki, UEFA-nın mətbuat xidməti onun sözlərini belə çatdırıb:
"Biz AÇ-2024-dəki bütün oyunlarda - altı matçda qələbə qazanmışıq, yeddinci qarşılaşmada da qələbə qazanmaq istəyitik. Uğurun açarı işinə və həyatına düzgün münasibətdir. Hər gün maksimum çalışırıq. Sözlərin həqiqət olduğunu isbatlamaq istəyirsənsə, onları həqiqətə çevirməyi bacarmalısan".
Qeyd edək ki, İspaniya - İngiltərə qarşılaşması iyulun 14-də reallaşacaq. Final matçının start fiti Bakı vaxtı ilə 23:00-da səsləndiriləcək.
Nihat