"Atalanta"nın futbolçusu Aleksey Mirançuk karyerasını ABŞ-də davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, məlumatı jurnalist Canluka Di Martsio şəxsi saytı vasitəsi ilə yayıb.
Xəbərə görə, Berqamo klubu rusiyalı yarımmüdafiəçini "Atlanta Yunayted"ə satacaq. Mənbə tərəflərin artıq razılığa gəldiyini, A Seriyası təmsilçisinin bu keçiddən 10 milyon avro qazanacağını vurğulayıb. 28 yaşlı Alekseyin özünə isə illik 3 milyon avroya yaxın əməkhaqqı fonunda 4 illik anlaşma təklif edildiyi də diqqətə çatdırılıb.
Ötən mövsüm "Atalanta" forması ilə 42 matça çıxan Mirançuk 4 qol və 9 məhsular ötürmə müəllifi olub.
Nihat