"Bayern Münhen" "Bolonya"nın hücumçusu Coşua Zirkzeenin "Mançester Yunayted"ə transferindən əldə edilən gəlirin 50 faizinə sahib çıxacaq.
Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Xəbərə görə, Almaniya nəhəngi Zirkzeeni 2022-ci ilin yayında "Bolonya"ya satarkən tərəflərin imzaladığı müqaviləyə bununla bağlı bənd salınıb. Mənbə MY-nin İtaliya klubuna 23 yaşlı forvardın transferi üçün 40 milyon avrodan bir qədər çox ödəyəcəyini, yəni "Bayern"in təqribən 21 milyon avro qazanacağını vurğulayıb.
Qeyd edək ki, geridə qalan mövsümdə "Bolonya" forması ilə bütün turnirlərdə 37 matça çıxan Zirkzee 12 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı sözügedən futbolçunun transfer qiymətini 50 milyon avro ilə dəyərləndirir.
Nihat