"Portu" ilə müqaviləsinin müddəti ötən ayın sonunda başa çatan Mehdi Taremi karyerasını İtaliya nəhəngində davam etdirəcək.
Fanat.Az xəbər verir ki, İran millisinin 31 yaşlı hücumçusu "İnter"ə keçib.
Məlumatı Milan klubunun rəsmi saytı yayıb.
Taremi müddəti 2027-ci ilə qədər nəzərdə tutulan müqaviləyə imza atıb.
Qeyd edək ki, Mehdi 2020-ci ildən "Portu"nun uğurları üçün çalışırdı. Ötən mövsüm "əjdahalar"ın forması ilə bütün turnirlərdə 35 matça çıxan təcrübəli forvard 11 qolla yadda qalıb. "Transfermarkt" portalı onun transfer qiymətini 10 milyon avro ilə dəyərləndirir.
Nihat