"Real Madrid"in yeni futbolçusu Kilian Mbappenin ilk satış günündə 7 min forması satılıb.
Fanat.Az İspaniya mətbuatına istinadən xəbər verir ki, İspaniya nəhəngi bundan 800 min avro qazanıb.
Qeyd edək ki, son klubu Fransa təmsilçisi PSJ olan 25 yaşlı hücumçunun təqdimat mərasimi iyulun 16-da keçiriləcək. Tədbirdə "Real"ın sabiq baş məşqçisi Zinəddin Zidan da iştirak edəcək.