PSJ-nin yarımmüdafiəçisi Xavi Simons yeni mövsümə İngiltərə nəhəngində başlaya bilər.
Fanat.Az xəbər verir ki, məlumatı "Mirror" yayıb.
Mənbə Simonsla "Mançester Yunayted"in maraqlandığını və 21 yaşlı niderlandlını icarəyə götürmək istədiyini vurğulayıb. Xəbərə görə, "qırmızı şeytanlar"ın baş məşqçisi Erik ten Haq həmyerlisinin 2024/2025 mövsümündə çalışdırdığı komandaya böyük fayda verəcəyinə əmindir.
Nihat