"Mançester Siti"nin hücumçusu Xulian Alvares karyerasını Fransada davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin məlumatına görə, argentinalı ulduz cari transfer pəncərəsində “şəhərlilər"in sıralarını tərk etmək qərarına gəlib. 24 yaşlı oyunçuya əsas namizədlərdən biri hesab edilən PSJ vəziyyəti yaxından izləyir. “Mançester Siti” hücumçunu qalmağa razı salmasa, parislilər danışıqlara başlayacaq. Yaxın vaxtlarda ingilis nəhənginin nümayəndələrinin vəziyyəti müzakirə etmək üçün oyunçunun ətrafı ilə görüşəcəyi gözlənilir.
"Transfermarkt" portalına görə Xulian Alvaresin dəyəri 90 milyon avrodur. Hazırkı dünya çempionunun müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.
Mirağa