İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt 2024-cü il Avropa çempionatının İspaniya ilə final oyununda mümkün penaltilər seriyasına hazırlıqdan danışıb.
Fanat.Az xəbər verir ki, UEFA-nın mətbuat xidməti ingilis məşqçinin dediklərini belə təqdim edib:
“Penaltiyə hazırlaşırıq? Bu, çox təzyiq altında olan bir bacarıqdır, lakin onu öyrətmək və təkmilləşdirmək olar. Komandamız son dörd penalti seriyasından üçündə qalib gəlib, bu yaxşı nəticədir. Finalda qəfil lazım olsa, hazır olmalıyıq”.
Bu gün, iyulun 14-də İngiltərə və İspaniya arasında AÇ-2024-ün finalı keçiriləcək. Matçın start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.