"Tottenhem"in və Niderland millisinin sabiq yarımmüdafiəçisi Rafael van der Vart İngiltərə yığmasının yarımmüdafiəçisi Deklan Raysın Avropa çempionatındakı çıxışını tənqid edib.
Fanat.Az xəbər verir ki, "The European Lad" onun sözlərini belə çatdırıb:
"Deklan Raysa görə 100 milyon avro? O, nə edir ki? Deklan topu geriyə - Con Stounza ötürmək üçün alır. O, faydasızdır. Qiymətin 100 milyon avrodursa, topu irəli ötürməyi bacarmalısan".
Xatırladaq ki, İngiltərə millisi Avropa çempionatının dünən baş tutan finalında İspaniya ilə qarşılaşıb. Britaniya təmsilçisini 2:1 hesabı ilə yenən İspaniya 4-cü Avropa çempionluğunu bayram edib.
Nihat