“Barselona”nın uruqvaylı müdafiəçisi Ronald Arauxo uzun müddətə sıradan çıxıb.
Fanat.Az xəbər verir ki, informasiyanı ESPN yayıb.
Mənbənin məlumatına görə, millinin düşərgəsində xəsarət alan futbolçu dizindəki problemlə bağlı əməliyyat olunacaq. Onun təxminən 4 ay yaşıl meydanlardan kənarda qalacağə bildirilir.
25 yaşlı müdafiəçi Amerika kubokunun 1/4 finalında Braziliyaya qarşı oyunda zədələnərək turnirin qalan hissəsini buraxıb.
Arauxo 2019-cu ildən "Barselona"da çıxış edir.
Mirağa