Keçmiş UFC çempionu Konor Makqreqor Almaniyada təşkil olunan futbol üzrə Avropa Çempionatında İspaniya millisinin qalib olacağına mərc edərək varlanıb.
Fanat.Az xəbər verir ki, irlandiyalı qarışıq döyüş ustası bu barədə özünün "X" sosial şəbəkəsində (keçmiş "Twitter") məlumat paylaşıb:
"Bankda daha bir milyon avro! İspaniya avronu qazandı! Ad günüm üçün bir milyon!".
Makqreqor bu məbləği 83 min avro yatıraraq 11 əmsalla əldə edib.
Qeyd edək ki, İspaniya yığması finalda İngiltərəyə 2:1 hesabı ilə qalib gəlib.