Argentina millisinin hücumçusu Lautaro Martinez Amerika Kubokunda uğurlu çıxışı ilə yadda qalıb.
Fanat.Az "Opta"-ya istinadən xəbər verir ki, vurduğu 5 qolla turnirin ən yaxşı bombardiri olan 26 yaşlı hücumçu əfsanəvi Qabriel Batistutanın nailiyyətini təkrarlayıb.
O, turnirdə 5 və daha çox qol vuran argentinalıların siyahısına düşüb.
Argentina 1991-ci ildə də Amerika Kubokunu qazanıb ki, Batistuta altı qolla yadda qalıb.
2024-cü il Amerika Kubokunun finalında Argentina yığması Kolumbiya yığması ilə qarşılaşıb. Lionel Skaloni komandası 1:0 hesabı ilə qalib gəlib. Yeganə qolu əlavə vaxtda Martinez vurub.
Mirağa