"Roma"nın hücumçusu Tammi Abraham karyerasını İtaliyanın digər nəhəngi "Milan"da davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə “Corriere dello Sport” məlumat yayıb.
Mənbənin məlumatına görə, "rossonerilər" ingilisi yayda transfer etməyi düşünür. “Qırmızı-qaralar” futbolçu üçün 17 milyon avro təklif etməyə hazırlaşır.
Abraham zədə səbəbindən ötən mövsümün çox hissəsini buraxıb. Bu səbəbdən paytaxt klubu da onu satmaqda maraqlıdır.
26 yaşlı hücumçu son mövsümdə bütün yarışlarda 12 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.
Mirağa