Dizindəki zədə səbəbindən ötən mövsümün böyük hissəsini buraxan ulduz braziliyalı hücumçu Neymar yaşıl meydana qayıtmağa yaxındır.
Fanat.Az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun mətbuat xidməti məlumat yayıb.
Sözügedən klub sosial şəbəkə hesabındakı paylaşımında "Neymar qayıtdı" xəbərini çatdırıb.
Xatırladaq ki, 32 yaşlı forvard keçən ilin oktyabrından çarpaz bağlarının qopması səbəbindən müalicə olunur.
Neymar 2023-cü ilin yayında "Əl-Hilal"ın sıralarına qoşulub. Hücumçu Səudiyyə Ərəbistanı təmsilçisinin heyətində cəmi 5 oyun keçirib və bu oyunda bir qol vurub və üç məhsuldar ötürmə edib.
Mirağa