"Roma"nın yarımmüdafiəçi Ussem Aua karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Fanat.Az xəbər verir ki, əlcəzairli oyunçu "Əl-İttihad"a keçib.
Bu barədə Səudiyyə Ərəbistanı klubunun mətbuat xidməti məlumat yayıb.
İtaliya mətbuatının yazdığına görə isə "Roma" 26 yaşlı futbolçunun satışından təxminən 12 milyon avro qazanıb.
Keçən yay azad agent kimi Fransanın "Olimpik Lion"undan İtaliya nəhənginə keçən Ussem Aua "Roma"da cəmi bir mövsüm çıxış edib. O, paytaxt klubunun heyətində bütün turnirlərdə 25 matça çıxaraq 4 qol vurub.
“Əl-İttihad” Səudiyyə Ərəbistanı çempionatının son mövsümünü 5-ci yerdə başa vurub. Komandada Kərim Benzema, Nqolo Kante və Fabinyo kimi ulduzlar da yer alır.
Mirağa