"Barselona"nın sabiq futbolçusu İvan Rakitiç Səudiyyə Ərəbistanının "Əl-Şəbab" klubunu tərk etmək niyyətindədir.
Fanat.Az xəbər verir ki, tanınmış insayder Fabritsio Romano bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb.
Mənbənin məlumatına görə, xorvatiyalı yarımmüdafiəçi qərarı barədə klub rəhbərliyini xəbərdar edib. Rakitiç karyerasını Avropada davam etdirmək istəyir. Xorvatiyanın "Hayduk" klubunun 36 yaşlı oyunçu ilə maraqlandığı bildirilir.
İvan "Əl-Şabab"a 2024-cü ilin əvvəlində "Sevilya"dan keçib. Təcrübəli yarımmüdafiəçi ötən mövsüm "Əl-Şəbab"da 35 oyun keçirib, 3 qol vurub və 4 məhsuldar ötürmə edib.
Mirağa