Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu Braziliya millisinin qapıçısı Bento Krepski ilə müqavilə imzalayıb.
Fanat.Az xəbər verir ki, ulduz Kriştianu Ronaldunun da çıxış etdiyi klub "Atletik Paranaense"nin qapıçısının keçidini mətbuat xidməti vasitəsilə açıqlayıb.
Tərəflər arasındakı müqavilənin təfərrüatları açıqlanmayıb. Yerli KİV-in məlumata görə, transfer məbləği 18 milyon avro olub.
25 yaşlı qolkiper Braziliya millisi ilə 2024-cü ildə Amerika Kubokunda çıxış edib.
O, bu mövsüm klubunda 18 matça çıxaraq 10 qol buraxıb, 7 dəfə isə qapısını toxunulmaz saxlayıb.
Mirağa