Əfsanəvi isveçli veteran futbolçu Zlatan İbrahimoviçin oğlu Maksimilian İbrahimoviç "Milan"la müqavilə imzalayıb.
Fanat.Az xəbər verir ki, bu barədə “rossoneri”nin mətbuat xidməti məlumat yayıb.
17 yaşlı vinger üçün bu onun karyerasında ilk peşəkar müqavilə olub.
Oğul-İbrahimoviç İtaliya C Seriyasında çıxış edən "Milan"ın gənclərdən ibarət komandasında oynayacaq.
Zlatan İbrahimoviç 2010-2012 və 2020-2023-cü illərdə "Milan"da çıxış edib. O, hazırda klub prezidentinin müşaviri vəzifəsini daşıyır.
İtaliya çempionatının yeni mövsümünün ilk turunda "Milan" doğma meydanda "Torino" ilə qarşılaşacaq. Oyun avqustun 17-də baş tutacaq.
Mirağa