"Ștutqart"ın hümçusu Seru Girassi karyerasını Almaniya nəhəngində davam etdirəcək.
Fanat.Az xəbər verir ki, 28 yaşlı futbolçu Dortmund "Borussiya"sına keçib.
Məlumatı "arılar"ın mətbuat xidməti yayıb.
Girassinin müddəti 2028-ci ilin yayına qədər olan müqaviləyə imza atdığı bildirilib.
Qeyd edək ki, qvineyalı futbolçu son mövsümdə bütün turnirlərdə 30 matça çıxıb. Seru bu qarşılaşmalarda 30 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun transfer qiymətini 40 milyon avro ilə dəyərləndirir.
Nihat