Argentina millisi ilə son Amerika Kubokunun qalibi olan Rodriqo De Paul yığmaya ilk dəfə dəvət alarkən necə hisslər keçirdiyini yada salıb.
Fanat.Az xəbər verir ki, "Clarin" onun sözlərini belə çatdırıb:
"İlk dəfə milliyə çağırılmağım inanılmaz idi. Diqqətimi İtaliyaya yönəltmişdim. Mənə klubun idman direktoru zəng vurub dedi ki, Valter Samuel sənin nömrəni istədi. Az qala ağlımı itirəcəkdim. Tez anama zəng vurub "millidən nömrəmi istəyiblər, sonra danışarıq" dedim.
Ardından Valter məni yığdı və yığmaya çağırıldığımı söylədi. Bu xəbəri eşidən kimi ağladım. Milliyə düşmək üçün çox çalışmalısan. Bu göylərə toxunmaq kimidir, maksimumdur".
Xatırladaq ki, De Paul yığmada 2018-ci ilin oktyabrında debüt edib. O vaxtdan bəri "tanqoçular"ın forması ilə 69 matça çıxan yarımmüdafiəçi 2 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat