"Mançester Yunayted"in hücumçusu Markus Reşford yol hərəkəti qaydalarını pozduğuna görə sürücülük hüququndan məhrum edilib.
Fanat.Az xəbər verir ki, məlumatı "Manchester Evening News" yayıb.
26 yaşlı forvard magistral yolda sürət həddini aşdığı üçün cəzalandırılıb. Məhkəmə Reşfordun 6 ay müddətinə nəqliyyat vasitəsinin sükanı arxasına keçməsini yasaqlayıb. Ön xətt oyunçusu1666 funt sterlinq (2000 avro) cərimə də ödəyəcək.