"Milan" yeni forvard transfer edə biləcəyi halda, hücumçusu Luka Yoviçi iki klubdan birinə satacaq.
Fanat.Az "Calciomercato"ya istinadən xəbər verir ki, Yoviçi həm "Zenit", həm də açıq açıqlanmayan Səudiyyə Ərəbistanı təmsilçisi istəyir.
Daha öncə "qırmızı-qaralar"ın "Atletiko Madrid"in və İspaniya millisinin forvardı Alvaro Morata ilə razılığa gəldiyi barədə informasiyalar dərc edilib.
Qeyd edək ki, Yoviç son mövsümdə "Milan" forması ilə bütün turnirlərdə 30 matça çıxaraq 9 qol və 1 məhsuldar ötürmə müəllifi olub. Onun İtaliya nəhəngi ilə müqaviləsinin müddəti 2025-ci ilin yayına qədərdir.
Nihat