Danimarka millisinin baş məşqçisi Kasper Yulman postunu tərk edib.
Fanat.Az xəbər verir ki, məlumatı Danimarka Futbol İttifaqının rəsmi saytı yayıb.
Yulmanın komandaya yeni enerji lazım olduğunu bildirərək vəzifəsindən getdiyi bildirilib. Skandinaviya təmsilçisi müvəqqəti olaraq Morten Viqhorsta tapşırılıb. O, yeni ilədək yığmaya rəhbərlik edəcək.
Nihat