AÇ-2024-dən sonra baş məşqçisiz qalan İngiltərə yığması Qaret Sautgeytin yerinə yeni çalışdırıcı axtarır.
Fanat.Az xəbər verir ki, İngiltərə Futbol Assosiasiyasının rəsmi saytında “milli komandanın baş məşqçisi” vakansiyası dərc olunub.
Bunun üçün tələblər verilib: namizəd UEFA PRO lisenziyasına malik olmalı, Premyer Liqada və ya digər əsas beynəlxalq yarışlarda böyük təcrübəyə malik olmalı, liderlik keyfiyyətlərinə malik olmalı və s.
Sonda namizədlərin öz CV-lərini göndərə biləcəyi bir e-poçt ünvanı var. Son tarix isə 2 avqust göstərilib.
Mirağa