İtaliyanın "Latsio" klubu yeni transfer reallaşdırıb.
Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Romalılar "Fiorentina"nın sabiq yarımmüdafiəçisi Qaetano Kastrovilli ilə müqavilə imzalayıb. 27 yaşlı oyunçunun "Fiorentina" ilə müqaviləsi iyunun sonunda başa çatdığı üçün o, "Latsio"ya azad agent kimi keçib. Kastrovilli paytaxt klubu ilə üç mövsümlük, 2027-ci ilin yayına qədər müqavilə imzalayıb.
Qaetano Kastrovilli 2023/24 mövsümündə "Fiorentina"nın heyətində cəmi 6 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.
Mirağa