Almaniya polisi AÇ-2024-ün iyunun 14-də baş tutan finalından əvvəl terror aktının qarşısını alıb.
Fanat.Az xəbər verir ki, məlumatı "The Sun" yayıb.
Terrorçuların hədəfi Berlinin Breitşxeidplatz meydanında İngiltərə komandasının azarkeşlərinin fan zonası olub. Final matçının başlamasına bir neçə saat qalmış xüsusi təyinatlılar İŞİD-in Potsdamda yerləşən hücrələrinin məlum ünvanlarında reydlər keçirərək 3 şübhəlini saxlayıblar.
Qeyd edək ki, AÇ-2024-ün finalında İspaniya İngiltərəni 2:1 hesabı ilə yenərək Avropa çempionu olub.