"Aston Villa"nın və Fransa millisinin yarımmüdafiəçisi Mussa Siabi karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Xəbərə görə, onun xidmətində "Əl-İttihad" maraqlıdır. Mənbə klubların öz aralarında şifahi razılığa gəldiyini, futbolçunun özünün isə 5 illik müqavilə təklifini qəbul etdiyini vurğulayıb. Mənbə ərəblərin bu keçid üçün İngiltərə klubuna 60 milyon avro və müxtəlif bonuslar ödəyəcəyini vurğulayıb.
Qeyd edək ki, ötən mövsüm Diabi "Aston Villa" forması ilə bütün turnirlərdə 38 matça çıxaraq 6 qol və 8 məhsuldar ötürmə müəllifi olub. "Transfermarkt" portalı 25 yaşlı oyunçunun transfer qiymətini 55 milyon avro ilə dəyərləndirir.
Nihat