"Benfika"nın prezidenti Ruy Koşta "Atletiko Madrid"in hücumçusu Joau Feliksin Portuqaliya təmsilçisinə mümkün dönüşü barədə sualı cavablandırıb.
Fanat.Az xəbər verir ki, "Mundo Deportivo" onun sözlərini belə çatdırıb:
"Bizə yaxşı futbolçular lazımdır. Heyətdə Portuqaliya futboluna bələd olanların yer alması isə əlavə üstünlükdür. İndi çəkilən bütün adlar bazara hesablanıb. Portuqaliya mətbuatı Feliksin transfer hüququnun 50 faizinə sahib çıxmaq üçün 20 milyon avro təklif edəcəyini bildirir. Amma hazırda danışıqlar davam edir. Bu barədə ictimaiyyətə məlumat verməyə tələsməmək daha doğru variantdır".
Qeyd edək ki, Feliks "Benfika"nın yetirməsidir. O, 2019-cu ilin iyulunda, 127,2 milyon qarşılığında "Atletiko"ya transfer olunub.
Nihat