"Yuventus"un vingeri Federiko Kyezanın xidmətində digər İtaliya nəhəngi maraqlıdır.
Fanat.Az xəbər verir ki, məlumatı "Calciomercato.it" yayıb.
Xəbərə görə, "İnter" 26 yaşlı oyunçunu sıralarına cəlb etmək istəyir. Mənbə Milan təmsilçisinin Kyezanı almaq istəmədiyini, Turin klubu ilə müqaviləsinin müddəti 2025-ci ilin yayında başa çatacaq futbolçunu həmin vaxt azad agent qismində rənglərinə bağlamağı hədəflədiyini vurğulayıb.
Hərçənd Federiko ilə müqavilə yeniləyə bilməyən "Yuventus"un onu satmaq variantını doğru saydığı da bəllidir.
Kyeza "Yuventus"a 2022-ci ilin iyulunda, 44,6 milyon avro qarşılığında "Fiorentina"dan transfer olunub. Ötən mövsüm "zebrlər"in forması ilə 37 matça çıxan Federiko 10 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat