"Barselona"nın baş məşqçisi Hans-Diter Flik komandanın hücumçusu Robert Levandovskidən danışıb.
Fanat.Az xəbər verir ki, "Sport.es" onun sözlərini belə çatdırıb:
"Robert cərimə meydançasında qarşısıalınmazdır. Məşqlərin ilk günlərində yoxluğunu hiss edirdim. Qol vurmaq Levandovskinin qanındadır. O, hətta məşqlərdə də çox sayda epizod yaratmağa qadirdir.
Veteranların gənclərlə bir arada olması mənim üçün xoşbəxtlikdir. Təcrübəlilər gənclərə çox şey öyrədirlər. Veteranlar təcrübəsi az olan oyunçular üçün nümunədirlər".
Xatırladaq ki, Levandovski "Bayern Münhen"də 2019-cu ilin noyabrından 2021-ci ilin iyun ayınadək Flikin rəhbərliyi altında oynayıb.
Nihat