"İnter Mayami"nin futbolçuları - Lionel Messi və Luis Suares MLS liqasının ulduzları ilə Meksika liqasının ulduzları arasında keçiriləcək matçda iştirak etməyəcəklər.
Fanat.Az ESPN-ə istinadən xəbər verir ki, hər iki futbolçu zədəli olduğu üçün bu oyunu kənardan izləyəcək.
Messi Amerika Kubokunun finalında Kolumbiyaya qarşı keçirdikləri görüşdə (1:0) rəqib oyunçu Luis Diasla toqquşaraq topuğundan xəsarət alıbsa, Suares dizində zədə olduğu üçün meydana çıxmayacaq.
Sözügedən qarşılaşma iyulun 25-də Kolambusda keçiriləcək. Matçın start fiti Bakı vaxtı ilə 4:00-da səsləndiriləcək.
Nihat