"Barselona"nın yarımmüdafiəçisi İlkay Gündoğan Kataloniya klubundakı gələcəyi ilə bağlı qərarını verib.
Fanat.Az xəbər verir ki, məlumatı "Sport.es" yayıb.
Xəbərə görə, Almaniya millisinin türk futbolçusu iş yerini dəyişməyəcək.
Daha öncə 33 yaşlı İlkayın Qətərin "Əl-Sədd" klubuna keçə biləcəyi barədə informasiyalar dərc edilmişdi.
Qeyd edək ki, ötən mövsüm bütün turnirlərdə 51 matça çıxan Gündoğan 5 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Barsa" ilə müqaviləsinin müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub.
Nihat