"Çelsi"nin baş məşqçisi Entso Mareska komandanın argentinalı futbolçusu Entso Fernandesin Fransa yığması haqda irqçi mahnı oxumasına münasibət bildirib.
Fanat.Az xəbər verir ki, onun sözlərini tanınmış insayder Fabritsio Romano belə çatdırıb:
"Fernandesin qayıdandan sonra hansısa problem yaşayacağını düşünmürəm. Həmin durumda kiminsə pis niyyəti olmayıb. Oyunçu da üzr istəyib, klub da. Hər şey aydındı. Nəsə əlavə etməyə dəyməz".
Xatırladaq ki, Argentina Amerika Kubokunun finalında Kolumbiyanı məğlub edəndən (1:0) sonra Fernandes sosial şəbəkədə canlı yayım açıb və komanda yoldaşları ilə birlikdə mahnı oxuyub. Onlar son dünya çempionatının finalında yendikləri Fransanı hədəfə alıblar: "Fransadan oynasalar da, hamısı Anqoladandırlar".
Nihat