"Liverpul"un müdafiəçisi Vircil van Deyk İngiltərə klubundakı gələcəyi ilə bağlı yekun qərarını verib.
Fanat.Az-ın məlumatına görə, informasiyanı sosial şəbəkə hesabları üzərindən jurnalist Qrem Beyli yayıb.
Mənbə niderlandlı futbolçunun "qırmızılar"la müqavilə yeniləmək niyyətində olduğunu və bu istəyini rəhbərliyə çatdırdığını vurğulayıb.
Daha öncə van Deykin karyerasını Səudiyyə Ərəbistanında davam etdirə biləcəyi ilə haqda məlumatlar dərc edilmişdi.
Xatırladaq ki, Vircilin "Liverpul"la indiki müqaviləsinin müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı 33 yaşlı futbolçunun transfer qiymətini 30 milyon avro ilə dəyərləndirir.
Nihat