2024-cü il Yay Olimpiya Oyunlarında dünən start götürən futbol turnirinin qrup mərhələsinin 1-ci turunda Mərakeşə 1:2 hesabı ilə uduzan Argentina seçməsinin baş məşqçisi Xavyer Maskerano qalmaqallı oyuna bir cümlə ilə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, onun sözlərini "TyC Sports" belə çatdırıb:
"Bu, həyatımda gördüyüm ən böyük sirkdir".
Xatırladaq ki, matçın 90+16-cı dəqiqəsində Argentinanın yarımmüdafiəçisi Kristian Medina komandasının ikinci qolunu vuraraq hesabı 2:2 edib. "Tanqoçular" qolu bayram edərkən mərakeşli azarkeşlər onlara petarda atıb və meydana qaçıblar. Hakim oyunu dayandırıb və matç sonradan boş tribunalar önündə yekunlaşdırıb. Argentinanın vurduğu ikinci qol isə ofsayd səbəbindən ləğv olunub.
Nihat