İtaliya millisinin sabiq qapıçısı Canluici Buffon ölkəsinin yığmasının idman direktoru vəzifəsinə təyin edilib.
Fanat.Az "Calciomercato"ya istinadən xəbər verir ki, 46 yaşlı veteran həm böyüklərdən, həm də gənclərdən ibarət komandalara nəzarət edəcək.
Onun əsas missiyası 2026-cı ildə keçiriləcək dünya çempionatında "skuadra adzurra"nın uğur qazanmasına yardımçı olmaqdır
Xatırladaq ki, Buffon AÇ-2024-də İtaliya millisinin nümayəndə heyətinin rəhbəri qismində yollanmışdı.
Nihat